FICO ACADEMY
Qeydiyyat
Yeni qrup: 11 yanvar 2027 · Həftə içi dərslər

SAP FI/CO-nu ən asan və yadda qalan yolla öyrənin

Real təcrübəyə əsaslanan kurs proqramı və dərs materialları. Sıfırdan başlayanlar və biliklərini təkmilləşdirmək istəyənlər üçün doğru seçim.

Azərbaycan dilindəİkidilli materiallar (AZ/EN)SAP S/4HANA
7
S/4HANA layihəsi
5
tam dövrlü (full-cycle) tətbiq
15+
il maliyyə təcrübəsi
7+
il SAP təcrübəsi
Niyə FICO Academy

Kitabdan yox, real layihələrdən gələn bilik

SAP-ı öyrənmək çətin olmamalıdır. Hər mövzunu real şirkətlərdə necə tətbiq olunduğunu göstərərək izah edirik: əvvəlcə biznes məntiqi, sonra sistemdəki addımlar. Buna görə öyrəndikləriniz yadda qalır və işdə dərhal tətbiq olunur.

Real layihə təcrübəsi

Təlimçi distribusiya, pərakəndə satış və istehsal sahələrində 7 S/4HANA layihəsində iştirak edib. Onlardan 5-i tələblərin toplanmasından canlı istifadəyə (go-live) qədər tam dövrlü tətbiqdir. Dərslərdə məhz bu layihələrdən gələn real vəziyyətlər işlənir.

Maliyyə məntiqi + SAP

Maliyyə və mühasibat sahəsindəki 15 ildən artıq təcrübə sayəsində hər əməliyyatın arxasındakı uçot məntiqi izah olunur. Yalnız hansı düyməni basmağı deyil, sistemin niyə məhz belə işlədiyini də anlayırsınız.

Müasir SAP S/4HANA

Proqram köhnə versiyalara deyil, bugünkü SAP S/4HANA sisteminə əsaslanır: Universal Journal, SAP Fiori tətbiqləri və müasir maliyyə prosesləri.

Ana dilində aydın izah

Mürəkkəb anlayışlar Azərbaycan dilində sadə və aydın izah olunur. Dərs materialları isə ikidillidir: SAP terminlərini işdə istifadə olunduğu kimi, ingilis dilində öyrənirsiniz.

Praktiki ssenarilər

Hər mövzu tam biznes prosesi üzərində qurulur: satıcı fakturasından ödənişə, əsas vəsaitin alışından amortizasiyaya, gündəlik əməliyyatlardan ay sonu bağlanışına qədər.

Şəffaf qiymət, çevik ödəniş

Gizli ödəniş yoxdur. Aylıq ödəyə və ya kursun tam haqqını birdəfəlik ödəyərək 20% qənaət edə bilərsiniz.

Kimlər üçündür

Bu kurslar sizin üçündür, əgər…

Mühasibat və ya maliyyə sahəsində çalışırsınızsa və SAP-da inamla işləmək istəyirsinizsə
SAP-da artıq işləyirsinizsə, amma prosesləri sistemli şəkildə öyrənmək istəyirsinizsə
SAP FI/CO konsultantı kimi yeni karyeraya başlamaq istəyirsinizsə
Maliyyə sahəsində təhsil alırsınızsa və əmək bazarında üstünlük qazanmaq istəyirsinizsə
Proqramlar

Məqsədinizə uyğun proqramı seçin

Hər iki proqram qrup formatında, həftə içi keçirilir. Dərslər həftədə 2 dəfə olur və hər biri 90–120 dəqiqə davam edir. Dəqiq dərs günləri və saatları qeydiyyat zamanı bildirilir. Növbəti qruplar 11 yanvar 2027-ci il tarixində başlayır.

Başlanğıc üçün

SAP FI/CO End User

SAP-da gündəlik maliyyə əməliyyatlarını aparan mühasiblər, maliyyə əməkdaşları və sıfırdan başlayanlar üçün.

Müddət3 ay
Başlama11 yanvar 2027
DərslərHəftədə 2 dəfə
Dərs müddəti90–120 dəqiqə
200 AZN/ ay
Birdəfəlik ödəniş: 600 AZN 480 AZN 20% endirim
Proqrama daxildir
SAP-a giriş: SAP GUI və SAP Fiori ilə iş, naviqasiya və hesabatlar
Baş kitab (GL): əməliyyatların daxil edilməsi, sənəd növləri, düzəlişlər və storno əməliyyatları
Kreditorlar (AP): satıcı fakturaları, avans ödənişləri, ödənişlər və hesablaşmalar
Debitorlar (AR): müştəri fakturaları, daxilolmalar və açıq borcların izlənməsi
Əsas vəsaitlər: alış, amortizasiya, köçürmə və silinmə
Ay sonu bağlanışı: yoxlamalar, düzəlişlər və maliyyə hesabatları
Xərc mərkəzləri üzrə hesabatların oxunması (CO əsasları)
Kursun sonunda: SAP-da gündəlik maliyyə əməliyyatlarını müstəqil apara, nəticələri yoxlaya və əsas hesabatları hazırlaya biləcəksiniz.
End User kursuna yazıl
Karyera proqramı

SAP FI/CO Konsultant

SAP konsultantı olmaq istəyənlər və sistemi konfiqurasiya səviyyəsində öyrənmək istəyən təcrübəli istifadəçilər üçün.

Müddət5 ay
Başlama11 yanvar 2027
DərslərHəftədə 2 dəfə
Dərs müddəti90–120 dəqiqə
300 AZN/ ay
Birdəfəlik ödəniş: 1500 AZN 1200 AZN 20% endirim
Proqrama daxildir
Müəssisə strukturu: şirkət kodu, hesablar planı, maliyyə ili variantı
Baş kitabın konfiqurasiyası: Universal Journal, ledger-lər və paralel uçot
Document Splitting: aktiv və passiv bölmə, zero-balance clearing
AP/AR konfiqurasiyası: ödəniş proqramı, borc xatırlatmaları (dunning) və bank parametrləri
Əsas vəsaitlərin konfiqurasiyası: amortizasiya planı, aktiv sinifləri, dövr sonu əməliyyatları
Controlling (CO): xərc elementləri, xərc mərkəzləri, CO-PA əsasları
Funds Management (FM): büdcənin planlaşdırılması, təsdiqi və icrasına nəzarət
İnteqrasiya: MM və SD modulları ilə hesab təyinatı (account determination)
Layihə metodologiyası: SAP Activate, layihə mərhələləri və məlumat miqrasiyası
Kursun sonunda: Maliyyə proseslərini SAP-da konfiqurasiya edə, biznes tələblərini sistem həllinə çevirə və tətbiq layihələrində iştirak etməyə hazır olacaqsınız.
Konsultant kursuna yazıl
Orxan Məmmədli, FICO Academy-nin təlimçisi
SAP FISAP COFunds ManagementSAP S/4HANASAP FioriAsset Accounting
Təlimçi

Orxan Məmmədli

SAP FI/CO Ekspert və Konsultant · FICO Academy-nin qurucusu

Orxan maliyyə sahəsində 15 ildən, SAP-da isə 7 ildən artıq təcrübəyə malikdir. Karyerasına mühasib kimi başlayıb, aparıcı mühasib vəzifəsindən sonra SAP-a keçib və analitikdən komanda rəhbərinə (Team Lead) qədər yüksəlib.

Distribusiya, pərakəndə satış və istehsal sahələrində 7 SAP S/4HANA layihəsində iştirak edib. Bunlardan 5-i tam dövrlü tətbiqdir, digərləri isə şirkətlərin ayrılması (məlumat miqrasiyası ilə) və maliyyə proseslərinin S/4HANA-ya keçidi layihələridir.

Hazırda müstəqil SAP FI/CO konsultantı kimi bir neçə şirkətə dəstək verir və bu gündəlik təcrübəni birbaşa dərslərə gətirir.

Büdcə idarəetməsi (FM)

Struktur, mağaza və kateqoriya üzrə büdcənin daxil edilməsi, təsdiqi və icrasına nəzarət mexanizmlərini sıfırdan qurub.

SAP Fiori həlləri

Pul vəsaitlərinin hərəkəti prosesləri, rəhbərlik təsdiqi iş axınları (workflow) və əsas vəsaitlər inteqrasiyası üzrə Fiori həllərindən istifadə edib.

İstifadəçi səlahiyyətləri

Maliyyə istifadəçiləri üçün SAP səlahiyyətlərini idarə edib, BASIS komandası üçün səlahiyyət obyektlərini müəyyənləşdirib.

Təhsil
  • Magistr — Biznesin təşkili və idarə olunması, Azərbaycan Texniki Universiteti
  • Bakalavr — Sənayenin təşkili və idarə olunması, Azərbaycan Dövlət Neft Akademiyası
Tamamlanmış SAP Learning kursları
  • Implementing SAP S/4HANA Cloud Private Edition
  • RISE with SAP Methodology
  • Financial Closing in SAP S/4HANA
  • Asset Accounting in SAP S/4HANA
  • Financial Accounting: Core Settings
  • Financial Accounting: Additional Settings
Suallar

Tez-tez verilən suallar

SAP təcrübəm yoxdur. Kursa qoşula bilərəmmi?

Bəli. End User proqramı məhz sıfırdan başlayanlar üçün hazırlanıb. Konsultant proqramı üçün isə mühasibat uçotunun əsaslarını bilmək və ya SAP-da istifadəçi təcrübəsi tövsiyə olunur.

Hansı proqramı seçməliyəm?

Məqsədiniz SAP-da gündəlik maliyyə işlərini aparmaqdırsa, End User proqramını seçin. Sistemi konfiqurasiya etmək və konsultant kimi çalışmaq istəyirsinizsə, Konsultant proqramı sizin üçündür. Qərar verə bilmirsinizsə, bizimlə əlaqə saxlayın, birlikdə seçək.

Dərslər hansı dildə keçirilir?

Dərslər Azərbaycan dilində keçirilir. Dərs materialları Azərbaycan və ingilis dillərindədir ki, SAP terminlərini işdə istifadə olunduğu kimi öyrənəsiniz.

Ödənişi necə edə bilərəm?

İki seçim var: aylıq ödəniş (End User üçün 200 AZN, Konsultant üçün 300 AZN) və ya kursun tam haqqının birdəfəlik ödənişi. Birdəfəlik ödənişdə 20% endirim tətbiq olunur: End User üçün 480 AZN, Konsultant üçün 1200 AZN.

Dərslər nə vaxt keçirilir?

Dərslər həftə içi, həftədə 2 dəfə keçirilir və hər dərs 90–120 dəqiqə davam edir. Növbəti qruplar 11 yanvar 2027-ci il tarixində başlayır. Dəqiq dərs günləri və saatları qeydiyyat zamanı bildirilir.

Qeydiyyat

Növbəti qrupa yerinizi indi ayırın

Müraciət formunu doldurun, sizinlə əlaqə saxlayıb kurs, cədvəl və ödəniş şərtləri barədə ətraflı məlumat verək. Suallarınız varsa, birbaşa zəng edin və ya yazın.

Məlumatlarınız yalnız sizinlə əlaqə saxlamaq üçün istifadə olunur.

FICO ACADEMYWhere Finance meets SAP.
© 2026 FICO Academy · ficoacademy.azSAP, SAP S/4HANA və SAP Fiori SAP SE-nin ticarət nişanlarıdır. FICO Academy SAP SE ilə əlaqəli deyil.