1. Ümumi müddəalar
Bu şərtlər "FICO Academy" MMC (bundan sonra "Akademiya") ilə ficoacademy.az saytı vasitəsilə və ya birbaşa xidmət, material alan şəxs (bundan sonra "Alıcı") arasında münasibətləri tənzimləyir və ictimai oferta hesab olunur.
Qeydiyyat formasını göndərmək, ödəniş etmək və ya xidmətdən istifadə etmək bu şərtlərin tam qəbul edilməsi deməkdir.
18 yaşından kiçik şəxslər xidmətlərdən valideynin və ya qanuni nümayəndənin razılığı ilə istifadə edir. Bu halda ödəniş və şərtlərə görə valideyn (qanuni nümayəndə) cavabdehdir.
Alıcı qeydiyyat zamanı düzgün əlaqə məlumatları verməyə borcludur. Yanlış məlumat səbəbindən yaranan gecikmələrə görə Akademiya məsuliyyət daşımır.
2. Anlayışlar
- Kurs ayı: qrupun ilk ödənişli dərsi günündən başlayaraq hesablanan ardıcıl bir aylıq dövr. Növbəti kurs ayları eyni qaydada davam edir.
- Başlanmış ay: içində ən azı bir dərs keçirilmiş və ya keçirilməsi planlaşdırılan günü artıq gəlmiş kurs ayı, Alıcının həmin dərsə qatılıb-qatılmamasından asılı olmayaraq.
- Çıxış tarixi: Alıcının kursdan imtina barədə yazılı müraciətinin (e-poçt) Akademiyaya daxil olduğu tarix.
3. Xidmətlər
- SAP FI/CO təlim proqramları: End User (3 ay) və Konsultant (5 ay)
- PDF formatında tədris materialları və kitablar
- Şirkətlər üçün konsultasiya xidmətləri (ayrıca müqavilə ilə)
Proqramların mövzuları, müddəti və qiymətləri saytın "Təlimlər" və "Tədris materialları" bölmələrində göstərilir.
4. Qeydiyyat, sınaq dərsi və qrupun başlanması
Hər proqramın ilk dərsi pulsuz sınaq dərsidir. Alıcı sınaq dərsindən sonra kursa başlayıb-başlamamaq barədə qərar verir və yalnız bundan sonra ödəniş edir.
Dərs günləri və saatları qeydiyyat zamanı bildirilir. Cədvəldə dəyişiklik olarsa, Alıcıya əvvəlcədən məlumat verilir.
Qrupda kifayət qədər iştirakçı toplanmadıqda Akademiya qrupun başlanğıc tarixini təxirə sala bilər. Bu halda Alıcı yeni tarixlə razılaşmasa, ödədiyi məbləğ tam qaytarılır.
5. Qiymətlər və ödəniş
Bütün qiymətlər Azərbaycan manatı (AZN) ilə göstərilir.
- Aylıq ödəniş: End User üçün ayda 200 AZN, Konsultant üçün ayda 300 AZN. Hər kurs ayının haqqı həmin ay başlamazdan əvvəl ödənilir.
- Birdəfəlik ödəniş: kursun tam haqqı 20% endirimlə ödənilir. End User üçün 480 AZN, Konsultant üçün 1200 AZN. Endirim kursun tam keçilməsi şərti ilə verilir və digər endirim və kampaniyalarla birləşdirilmir.
Növbəti ayın ödənişi vaxtında edilmədikdə, Alıcının dərslərə qatılması ödəniş edilənədək dayandırıla bilər. Bu müddətdə keçirilən dərslər üçün əvəz dərsi verilmir.
Akademiya qiymətləri dəyişə bilər. Dəyişiklik artıq ödənilmiş kurs aylarına və birdəfəlik ödənilmiş kurslara təsir etmir.
Ödəniş saytda bank kartı (Visa, Mastercard) ilə və ya bank köçürməsi ilə edilə bilər. Kart ilə ödəniş bankın təhlükəsiz ödəniş səhifəsində aparılır. Akademiya kart məlumatlarını görmür və saxlamır.
6. Dərslərin keçirilməsi
Alıcının öz səbəbindən buraxdığı dərslər üçün ödəniş qaytarılmır və əvəz dərsi təşkil etmək Akademiyanın öhdəliyi deyil.
Akademiyanın səbəbindən keçirilməyən dərs Alıcıya əlavə ödəniş olmadan başqa vaxtda keçirilir.
Onlayn dərslərdə internet bağlantısı və avadanlığın təmin edilməsi Alıcının məsuliyyətidir.
Dərslərin audio və ya video yazısını aparmaq, onları yaymaq Akademiyanın yazılı razılığı olmadan qadağandır.
Kursdakı yer şəxsə aiddir və Akademiyanın razılığı olmadan başqa şəxsə ötürülə bilməz.
7. Davranış qaydaları və kursdan xaric edilmə
Alıcı dərslərdə digər iştirakçılara və müəllimə hörmətlə yanaşmalı, dərsin gedişinə mane olmamalıdır.
Bu şərtlər kobud şəkildə pozulduqda (materialların yayılması, dərslərin icazəsiz yazılması, dərsə təkrar mane olma) Akademiya Alıcını kursdan xaric edə bilər. Bu halda yalnız başlanmamış kurs ayları üçün ödəniş Geri qaytarma qaydalarına uyğun hesablanaraq qaytarılır.
8. Rəqəmsal materiallar
PDF kitab və materiallar ödəniş təsdiqləndikdən sonra Alıcının göstərdiyi e-poçt ünvanına göndərilir.
Materiallar yalnız Alıcının şəxsi istifadəsi üçündür. Onları köçürmək, paylaşmaq, yenidən satmaq və ya ictimai yerləşdirmək qadağandır. Bu qadağanın pozulması Azərbaycan Respublikasının müəllif hüquqları haqqında qanunvericiliyinə uyğun məsuliyyət yaradır və Akademiya vurulmuş zərərin ödənilməsini tələb edə bilər.
9. Geri qaytarma
Ödənişin geri qaytarılması Geri qaytarma qaydaları ilə tənzimlənir. Ödənişlə bağlı hər hansı etiraz bankda mübahisə açılmazdan əvvəl Akademiyaya yazılı şəkildə bildirilməlidir.
10. Əqli mülkiyyət
Saytdakı mətnlər, dərs materialları, kitablar və FICO Academy loqosu Akademiyaya məxsusdur. SAP, SAP S/4HANA və SAP Fiori SAP SE-nin ticarət nişanlarıdır. FICO Academy SAP SE ilə əlaqəli deyil.
11. Məsuliyyət
Akademiya dərslərin proqrama uyğun keçirilməsinə cavabdehdir. Təlimin nəticəsi Alıcının iştirakından və səyindən də asılıdır, buna görə işə düzəlmə, sertifikat imtahanından keçmə və ya müəyyən gəlir zəmanəti verilmir.
Akademiyanın məsuliyyəti Alıcının müvafiq xidmət üçün faktiki ödədiyi məbləğlə məhdudlaşır. Akademiya dolayı zərərlərə və əldən çıxmış gəlirə görə məsuliyyət daşımır.
12. Fors-major
Təbii fəlakət, epidemiya, dövlət orqanlarının qərarları, uzunmüddətli elektrik və ya internet kəsintisi kimi tərəflərdən asılı olmayan hallarda öhdəliklərin icra müddəti həmin hallar davam etdiyi müddətə uzadılır. Dərslər mümkün olduqda onlayn formata keçirilir.
13. Mübahisələrin həlli
Şikayət və iddialar əvvəlcə info@ficoacademy.az ünvanına yazılı göndərilir. Akademiya 10 iş günü ərzində cavab verir.
Razılıq əldə olunmadıqda mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Bakı şəhərinin müvafiq məhkəməsində həll edilir.
Bu şərtlərin heç bir müddəası qanunvericiliklə istehlakçıya verilmiş hüquqları məhdudlaşdırmır. Hər hansı müddəa etibarsız sayılarsa, qalan müddəalar qüvvədə qalır.
14. Şərtlərdə dəyişiklik
Akademiya bu şərtləri yeniləyə bilər. Yenilənmiş şərtlər saytda dərc edildiyi andan qüvvəyə minir. Artıq ödənilmiş xidmətlərə ödəniş anında qüvvədə olan şərtlər tətbiq olunur.
15. Rekvizitlər və əlaqə
- Şirkət: "FICO Academy" MMC
- VÖEN: 2010030861
- Hüquqi ünvan: AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 21, mənzil 128
- Direktor: Orxan Məmmədli
- Telefon: +994 55 214 14 18
- E-poçt: info@ficoacademy.az