Hansı məlumatları toplayırıq
- Qeydiyyat və əlaqə formasında yazdığınız ad, telefon, e-poçt və mesaj
- Ödəniş zamanı bankın təqdim etdiyi əməliyyat məlumatları (məbləğ, tarix, əməliyyat nömrəsi)
- Dil seçiminiz (AZ/EN), yalnız brauzerinizdə saxlanılır
Məlumatlardan necə istifadə edirik
Məlumatlarınızdan yalnız sizinlə əlaqə saxlamaq, qeydiyyatı aparmaq, materialları göndərmək və ödənişləri uçota almaq üçün istifadə edirik. Məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü şəxslərə vermirik.
Kart məlumatları
Kart ilə ödəniş bankın təhlükəsiz ödəniş səhifəsində aparılır. Kart nömrəsi, CVV və digər kart məlumatları Akademiyaya ötürülmür və bizdə saxlanılmır.
Üçüncü tərəf xidmətləri
Sayt Netlify serverlərində yerləşir. Formadakı müraciətlər Web3Forms xidməti vasitəsilə e-poçtumuza çatdırılır. Şriftlər Google Fonts-dan yüklənir. Bu xidmətlər məlumatları yalnız öz funksiyalarını yerinə yetirmək üçün emal edir.
Saxlama müddəti
Məlumatlar xidmət göstərildiyi müddətdə və qanunvericiliyin tələb etdiyi müddət ərzində saxlanılır.
Hüquqlarınız
Haqqınızda saxlanılan məlumatları öyrənmək, düzəltmək və ya silinməsini istəmək üçün info@ficoacademy.az ünvanına yazın.
Rekvizitlər
- Şirkət: "FICO Academy" MMC
- VÖEN: 2010030861
- Hüquqi ünvan: AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 21, mənzil 128
- Direktor: Orxan Məmmədli
- Telefon: +994 55 214 14 18
- E-poçt: info@ficoacademy.az