Təlim və konsultasiyada real layihə təcrübəsi
FICO Academy SAP S/4HANA maliyyə modulları üzrə iki istiqamətdə işləyir: SAP öyrənmək istəyənlər üçün təlimlər və SAP Sisteminə keçən və ya SAP istifadə edən şirkətlər üçün konsultasiya.
Orxan Məmmədli
FICO Academy-nin təsisçisi · SAP FI/CO Ekspert və Konsultant

Orxan Məmmədli FICO Academy-nin təsisçisidir. Akademiyanın təlim proqramlarını hazırlayır, dərsləri aparır və şirkətlərə konsultasiya xidməti göstərir.
Orxan maliyyə sahəsində 15 ildən, SAP-də isə 7 ildən artıq təcrübəyə malikdir. Karyerasına mühasib kimi başlayıb, aparıcı mühasib vəzifəsindən sonra SAP-yə keçib və analitikdən komanda rəhbərinə (Team Lead) qədər yüksəlib.
Distribusiya, pərakəndə satış və istehsal sahələrində 7 SAP S/4HANA layihəsində iştirak edib. Bunlardan 5-i tam dövrlü tətbiqdir, digərləri isə şirkətlərin ayrılması (məlumat miqrasiyası ilə) və maliyyə proseslərinin S/4HANA-ya keçidi layihələridir.
Hazırda müstəqil SAP FI/CO konsultantı kimi bir neçə şirkətə dəstək verir və bu gündəlik təcrübəni birbaşa dərslərə gətirir.
Büdcə idarəetməsi (FM)
Struktur, mağaza və kateqoriya üzrə büdcənin daxil edilməsi, təsdiqi və icrasına nəzarət mexanizmlərini sıfırdan qurub.
SAP Fiori həlləri
Pul vəsaitlərinin hərəkəti prosesləri, rəhbərlik təsdiqi iş axınları (workflow) və əsas vəsaitlər inteqrasiyası üzrə Fiori həllərindən istifadə edib.
İstifadəçi səlahiyyətləri
Maliyyə istifadəçiləri üçün SAP səlahiyyətlərini idarə edib, BASIS komandası üçün səlahiyyət obyektlərini müəyyənləşdirib.
- Magistr: Biznesin təşkili və idarə olunması, Azərbaycan Texniki Universiteti
- Bakalavr: Sənayenin təşkili və idarə olunması, Azərbaycan Dövlət Neft Akademiyası
- Implementing SAP S/4HANA Cloud Private Edition
- RISE with SAP Methodology
- Financial Closing in SAP S/4HANA
- Asset Accounting in SAP S/4HANA
- Financial Accounting: Core Settings
- Financial Accounting: Additional Settings
Növbəti qrup 11 yanvar 2027-də başlayır
Formu doldurun, cədvəl və ödəniş şərtləri barədə sizinlə əlaqə saxlayaq.