Əsas anlayışlar
"Kurs ayı", "başlanmış ay" və "çıxış tarixi" anlayışları İstifadə şərtlərinin 2-ci bəndində izah olunub. Hesablama çıxış tarixinə, yəni kursdan imtina barədə yazılı müraciətin daxil olduğu günə görə aparılır.
Sınaq dərsi
Hər proqramın ilk dərsi pulsuzdur. Ödəniş yalnız sınaq dərsindən sonra, kursa başlamaq qərarı verdikdə edilir.
Ödənişdən sonra ilk dərsə qatılmadıqda
Ödəniş etdikdən sonra ilk ödənişli dərsə qatılmamısınızsa və imtina etmək istəyirsinizsə, ödədiyiniz məbləğ tam qaytarılır.
Aylıq ödəniş edənlər
İlk ödənişli dərsə qatıldıqdan sonra həmin ayın ödənişi qaytarılmır. Növbəti aylar üçün ödəniş etməyərək kursu istənilən vaxt dayandıra bilərsiniz.
Kursun tam haqqını birdəfəlik ödəyənlər
Kursdan çıxdığınız halda başlanmış ay (ayın ortası da daxil olmaqla) və ondan əvvəlki aylar tutulur, hələ başlanmamış aylar üçün ödəniş qaytarılır.
20% endirim kursun tam keçilməsi şərti ilə verilir. Buna görə kursdan tez çıxdıqda tutulan aylar endirimsiz aylıq qiymətlə hesablanır.
- Konsultant proqramı: 1200 AZN ödənilib, 1-ci ayda çıxılıb. Tutulur: 1 × 300 = 300 AZN. Qaytarılır: 900 AZN.
- Konsultant proqramı: 1200 AZN ödənilib, 3-cü ayda çıxılıb. Tutulur: 3 × 300 = 900 AZN. Qaytarılır: 300 AZN.
- End User proqramı: 480 AZN ödənilib, 1-ci ayda çıxılıb. Tutulur: 1 × 200 = 200 AZN. Qaytarılır: 280 AZN.
Qrup başlamadıqda və ya dərslər Akademiyanın səbəbindən dayandırıldıqda
Qrup başlamazsa və Alıcı yeni tarixlə razılaşmazsa, ödəniş tam qaytarılır. Kurs Akademiyanın səbəbindən yarımçıq dayandırılarsa, keçirilməmiş dərslərin dəyəri qaytarılır.
Kursdan xaric edildikdə
Şərtlərin kobud pozulmasına görə kursdan xaric edildikdə yalnız başlanmamış kurs ayları yuxarıdakı qaydada hesablanaraq qaytarılır.
PDF kitablar və rəqəmsal materiallar
Rəqəmsal materiallar e-poçtla göndərildikdən sonra geri qaytarılmır. Fayl açılmırsa və ya zədəlidirsə, bizə yazın, yenisini göndərək.
Konsultasiya xidmətləri
Şirkətlər üçün konsultasiya xidmətlərinə tərəflər arasında bağlanan müqavilənin şərtləri tətbiq olunur.
Necə müraciət etmək olar
Geri qaytarma üçün info@ficoacademy.az ünvanına yazın. Məktubda adınızı, telefon nömrənizi, proqramı və ödəniş tarixini qeyd edin.
Müraciət təsdiqləndikdən sonra məbləğ 10 iş günü ərzində ödənişin edildiyi üsulla (karta və ya bank hesabına) qaytarılır. Vəsaitin kartınızda görünməsi bankınızdan asılı olaraq əlavə bir neçə gün çəkə bilər.
Rekvizitlər
- Şirkət: "FICO Academy" MMC
- VÖEN: 2010030861
- Hüquqi ünvan: AZ1121, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, ev 21, mənzil 128
- Direktor: Orxan Məmmədli
- Telefon: +994 55 214 14 18
- E-poçt: info@ficoacademy.az