Tez-tez verilən suallar
SAP təcrübəm yoxdur. Kursa qoşula bilərəmmi?
Bəli. End User proqramı məhz sıfırdan başlayanlar üçün hazırlanıb. Konsultant proqramı üçün isə mühasibat uçotunun əsaslarını bilmək və ya SAP-də istifadəçi təcrübəsi tövsiyə olunur.
Hansı proqramı seçməliyəm?
Məqsədiniz SAP-də gündəlik maliyyə işlərini aparmaqdırsa, End User proqramını seçin. Sistemi konfiqurasiya etmək və konsultant kimi çalışmaq istəyirsinizsə, Konsultant proqramı sizin üçündür. Qərar verə bilmirsinizsə, bizimlə əlaqə saxlayın, birlikdə seçək.
Dərslər hansı dildə keçirilir?
Dərslər Azərbaycan dilində keçirilir. Dərs materialları Azərbaycan və ingilis dillərindədir ki, SAP terminlərini işdə istifadə olunduğu kimi öyrənəsiniz.
Ödənişi necə edə bilərəm?
İki seçim var: aylıq ödəniş (End User üçün 200 AZN, Konsultant üçün 300 AZN) və ya kursun tam haqqının birdəfəlik ödənişi. Birdəfəlik ödənişdə 20% endirim tətbiq olunur: End User üçün 480 AZN, Konsultant üçün 1200 AZN.
Sınaq dərsi varmı? Pulumu geri ala bilərəmmi?
Bəli. Hər proqramın ilk dərsi pulsuz sınaq dərsidir, ödəniş yalnız ondan sonra edilir. Ödəniş etdikdən sonra ilk ödənişli dərsə qatılmamısınızsa, pul tam qaytarılır. Ətraflı: Geri qaytarma qaydaları.
Dərslər nə vaxt keçirilir?
Dərslər həftə içi, həftədə 2 dəfə keçirilir və hər dərs 90–120 dəqiqə davam edir. Növbəti qruplar 11 yanvar 2027-ci il tarixində başlayır. Dəqiq dərs günləri və saatları qeydiyyat zamanı bildirilir.
Dərslər onlayn olacaq?
Bəzi dərslər onlayn keçirilə bilər. Format barədə qeydiyyat zamanı ətraflı məlumat veriləcək.
Növbəti qrup 11 yanvar 2027-də başlayır
Formu doldurun, cədvəl və ödəniş şərtləri barədə sizinlə əlaqə saxlayaq.