Ana səhifə / Konsultasiya

Şirkətlər üçün SAP konsultasiya xidmətləri

SAP Sisteminə keçidi planlaşdıran və ya SAP-dən artıq istifadə edən şirkətlərə maliyyə istiqamətində məsləhət və praktiki dəstək veririk. Tövsiyələrimiz real S/4HANA layihələrində qazanılmış təcrübəyə əsaslanır.

Xidmətlər

Nələrdə kömək edirik

01

SAP Sisteminə keçidə hazırlıq

Şirkətiniz SAP Sisteminə keçmək istəyirsə, layihədən əvvəl verilməli olan qərarları birlikdə müəyyən edirik: əhatə dairəsi, yerləşdirmə modeli, büdcə, vaxt planı və komanda.

02

Maliyyə proseslərinin dizaynı

Müəssisə strukturu, hesablar planı, xərc mərkəzləri və hesabatlılıq tələblərini SAP-in standart imkanları ilə uyğunlaşdırırıq.

03

Tətbiq layihələrində FI/CO dəstəyi

Layihədə maliyyə istiqaməti üzrə konsultant kimi iştirak edirik: konfiqurasiya, testlər, məlumat miqrasiyası və go-live.

04

Mövcud sistemin təkmilləşdirilməsi

SAP istifadə edən şirkətlərdə ay sonu bağlanışı, hesabatlar və proseslərdəki problemləri təhlil edib həll yolu təklif edirik.

05

Korporativ təlimlər

Maliyyə komandanız üçün şirkətin öz prosesləri əsasında qurulan SAP FI/CO təlimləri.

Yoxlama siyahısı

SAP Sisteminə keçməzdən əvvəl nələrə diqqət etməli

Keçid layihəsinin uğuru çox vaxt ilk aylarda verilən qərarlardan asılıdır. Bu səkkiz sual hər şirkətin cavablandırmalı olduğu əsas məsələlərdir.

  1. 01

    Məqsəd və əhatə dairəsi

    Hansı problemləri həll etmək istədiyinizi və ilk mərhələyə hansı modulların daxil olacağını əvvəlcədən müəyyən edin.

  2. 02

    Yerləşdirmə modeli

    S/4HANA Cloud Public Edition, RISE with SAP ilə Private Edition və ya öz serverlərinizdə quraşdırma. Seçim xərcə, çevikliyə və fərdiləşdirmə imkanlarına təsir edir.

  3. 03

    Müəssisə strukturu və hesablar planı

    Şirkət kodları, hesablar planı və xərc mərkəzləri sonradan çətin dəyişdirilir. Bu qərarlar layihənin əvvəlində düşünülməlidir.

  4. 04

    Yerli tələblər

    Vergi və hesabatlılıq tələbləri, eləcə də MHBS ilə yerli standartlar üzrə paralel uçot ehtiyacı əvvəlcədən nəzərə alınmalıdır.

  5. 05

    Məlumatların keyfiyyəti

    Köhnə sistemdəki satıcı, müştəri, material və qalıq məlumatları miqrasiyadan əvvəl təmizlənməlidir.

  6. 06

    İnteqrasiyalar

    Bank, anbar və digər sistemlərlə əlaqələr layihənin əvvəlində siyahıya alınmalıdır.

  7. 07

    Komanda və dəyişikliklərin idarəsi

    Şirkətin daxilindən qərar verə bilən əsas istifadəçilər ayrılmalı, istifadəçilər go-live-dan əvvəl öyrədilməlidir.

  8. 08

    Tətbiq tərəfdaşının seçimi

    Tərəfdaşın oxşar layihə təcrübəsi, komandanın tərkibi və go-live sonrası dəstək şərtləri yoxlanılmalıdır.

İş prosesi

Necə işləyirik

01

Tanışlıq görüşü

Şirkətinizin vəziyyətini və məqsədlərini dinləyirik.

02

Təhlil

Mövcud prosesləri və sistemləri qiymətləndiririk.

03

Təklif

İşin həcmi, mərhələləri və şərtləri ilə konkret təklif hazırlayırıq.

04

İcra və dəstək

Razılaşdırılmış plan üzrə işləyir, nəticəni birlikdə yoxlayırıq.

Komandamız böyüyür

Digər SAP modulları üzrə mütəxəssislərlə

Hazırda FI/CO və əlaqəli maliyyə modulları (FM, PS, TRM, RE-FX) üzrə xidmət göstəririk. Gələcəkdə MM, SD, PP və digər modullar üzrə mütəxəssislərlə həm təlim, həm də konsultasiya istiqamətini genişləndirməyi planlaşdırırıq. SAP mütəxəssisisinizsə və bizimlə işləmək istəyirsinizsə, yazın.

Bizə yazın

Şirkətiniz üçün ilk görüşü planlaşdıraq

Formu doldurun və ya zəng edin, vəziyyətinizi müzakirə etmək üçün sizinlə əlaqə saxlayaq.

Görüş təyin et
WhatsApp-da yazın
Home / Consulting

SAP consulting for companies

We give finance advice and hands-on support to companies that are planning a move to SAP or already run it. Our recommendations are based on experience from real S/4HANA projects.

Services

Where we can help

01

Readiness for SAP

If your company plans to move to SAP, we work out together the decisions to make before the project: scope, deployment model, budget, timeline and team.

02

Finance process design

We align your enterprise structure, chart of accounts, cost centers and reporting requirements with SAP standard functionality.

03

FI/CO support on implementations

We join your project as the finance consultant: configuration, testing, data migration and go-live.

04

Improving an existing system

For companies already on SAP, we analyse issues in month-end closing, reporting and processes and propose solutions.

05

Corporate training

SAP FI/CO training for your finance team, built around your own processes.

Checklist

What to consider before moving to SAP

The success of a transition often depends on decisions made in the first months. These eight questions are the core issues every company has to answer.

  1. 01

    Goals and scope

    Decide upfront which problems you want to solve and which modules go into the first phase.

  2. 02

    Deployment model

    S/4HANA Cloud Public Edition, Private Edition with RISE with SAP, or an installation on your own servers. The choice affects cost, flexibility and how far you can customise.

  3. 03

    Enterprise structure and chart of accounts

    Company codes, the chart of accounts and cost centers are hard to change later. Think these decisions through at the start.

  4. 04

    Local requirements

    Plan early for tax and reporting requirements and for parallel accounting under IFRS and local standards.

  5. 05

    Data quality

    Clean vendor, customer, material and balance data in the legacy system before migration.

  6. 06

    Integrations

    List the connections to banks, warehouses and other systems at the start of the project.

  7. 07

    Team and change management

    Assign key users who can make decisions, and train users before go-live.

  8. 08

    Choosing an implementation partner

    Check the partner’s experience on similar projects, the team composition and post-go-live support terms.

Process

How we work

01

Intro meeting

We listen to where your company stands and what it wants to achieve.

02

Assessment

We review your current processes and systems.

03

Proposal

We prepare a concrete proposal with scope, phases and terms.

04

Delivery and support

We work to the agreed plan and review the results with you.

Our team is growing

With specialists in other SAP modules

Today we work in FI/CO and the related finance modules (FM, PS, TRM, RE-FX). In the future we plan to expand both training and consulting with specialists in MM, SD, PP and other modules. If you are an SAP specialist and would like to work with us, get in touch.

Write to us

Let’s plan a first meeting for your company

Fill in the form or call us, and we will get in touch to discuss your situation.

Book a meeting
Message us on WhatsApp